Süleyman Soylu barəsində cinayət işi açılıb
2-05-2023, 17:14
7 426

Süleyman Soylu barəsində cinayət işi açılıb

Türkiyədə 14 Mayda keçiriləcək seçkiləri "siyasi çevriliş" kimi qiymətləndirən daxili işlər naziri Süleyman Soylu haqqında cinayət işi açılıb. 
Bu barədə Türkiyənin "Sözçü" qəzeti məlumat yayıb. 
Bildirilir ki, nazirin “14 may 2023-cü il Qərbin siyasi çevriliş cəhdidir” sözləri böyük reaksiyaya səbəb olub. Bundan sonra HDP Millət vəkili və Yaşıl Sol Partiyası Kocaeli millət vəkili namizədi Ömər Faruk Gergerlioğlu Respublika Baş Prokurorluğuna gedərək Soylu haqqında cinayət işi açıb. 

Oxşar xəbərlər