Çində zəlzələ: 11 minə yaxın insan təxliyə olundu
3-05-2023, 11:38
1 689

Çində zəlzələ: 11 minə yaxın insan təxliyə olundu

Çin hökuməti ölkənin cənub-qərbindəki Yunnan əyalətinin Baoşan şəhərində zəlzələ bölgəsindən 11 minə yaxın insanı təxliyə edib.
Bu barədə təbii fəlakətlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə yerli qərargah açıqlayıb.
Xilasetmə əməliyyatlarına 2,4 min nəfər səfərbər olunub. İlkin hesablamalara görə, zəlzələ nəticəsində 2,8 minə yaxın binaya ziyan dəyib.
Səlahiyyətli orqanlar 38 min insanın təhlükəsizliyini təmin etmək üçün təcili tədbirlər görüblər. Onlar üçün 34 müvəqqəti sığınacaq yaradılıb.
İlkin məlumatlara görə, zəlzələ nəticəsində ölən olmayıb. Üç nəfər yüngül xəsarət alıb və yaxınlıqdakı xəstəxanaya aparılıb.
Xatırladaq ki, Çində Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, çərşənbə axşamı təxminən 935 min əhalisi olan Baoşan şəhərindən 35 kilometr şimal-şərqdə 5,3 bal gücündə zəlzələ baş verib. Zəlzələnin ocağı 40 km dərinlikdə olub.

Mənbə: TASS

Oxşar xəbərlər