Çavuşoğlu: “Xartumdakı səfirliyi müvəqqəti olaraq köçürəcəyik”
3-05-2023, 14:08
7 418

Çavuşoğlu: “Xartumdakı səfirliyi müvəqqəti olaraq köçürəcəyik”

“Türkiyə hakimiyyəti Sudanda davam edən toqquşmalar səbəbindən səfirliyin Xartumdan Port-Sudana köçürülməsi təklifini qəbul edib”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV telekanalına müsahibəsində deyib.
“Sudan tərəfi bizə səfirliyi Xartumdan Port-Sudana köçürməyi təklif edib, orada bizə yer ayıracaqlar. Səfirliyimizin yerləşdiyi ərazidə şiddətli toqquşmalar, küçə döyüşləri gedir. Diplomatik nümayəndəliyi müvəqqəti Port-Sudana köçürmək qərarına gəlmişik”, - o deyib.

Oxşar xəbərlər