Ən çətin təmir olunan telefonlar – SİYAHI
5-05-2023, 12:24
1 703

Ən çətin təmir olunan telefonlar – SİYAHI

Ən asan və çətin təmir oluna bilən telefonlar açıqlanıb. 
“Asus” ən asan, “Sony” isə ən çətin təmir olunan cihazlar seçilib. 
Ümumilikdə tədqiqatçılar müxtəlif istehsalçıların 228 telefon modelini təhlil ediblər. 
Nəticədə məlum olub ki, “Google Pixel 7” təmiri ən çətin telefonlardan biridir. Onun təmiri orta hesabla bir saatdan çox çəkir.
Ən asan təmir olunan isə “Moto G7” smartfonu olub. Belə ki, bu telefonda baş verən nasazlıqların 50%-i 25 dəqiqə ərzində aradan qaldırıla bilir. 
Ən asan təmir edilən smartfonlar arasında “iPhone”lar da var. 
 “iPhone”ların orta hesabla təmiri 1 saat çəksə də, “Apple” smartfonları çətin təmir olan modellər arasında deyil. 
Məsələn, “iPhone 14”ün modeli çıxarıla bilən arxa panellə təchiz edilib. Bu onların təmirini xeyli asanlaşdırır. Onun dizaynı “iPhone 4S”dən sonra ilk dəfə istifadə olunur.
Mütəxəssislər asan təmir olunduğu üçün əsasən “Asus”, “HTC”, “LG”, “Samsung” və “Apple” smartfonlarını seçməyin daha yaxşı olduğunu bildirirlər. Amma “Sony”, “Xiaomi”, “Huawei”, “OnePlu”s və “Honor” modellərinin təmiri çətin olduğu üçün qismən ehtiyatlı olmaqda fayda var.
 

Oxşar xəbərlər