Türkiyədə şagirdləri daşıyan tur avtobusu yük maşını ilə toqquşdu: Onlarla yaralı var
5-05-2023, 12:30
1 709

Türkiyədə şagirdləri daşıyan tur avtobusu yük maşını ilə toqquşdu: Onlarla yaralı var

Türkiyənin Balıkəsir şəhərinin Susurluk rayonunda tur avtobusunun yük maşınına çırpılması nəticəsində 33 nəfər yaralanıb.
Hadisə Bursa-Balıkesir avtomobil yolunda baş verib.
Yaralılar avtobus sürücüsü, 31 şagird və bir məmur ətraf xəstəxanalara çatdırılıblar.
Avtobusda olan sərnişinlər Ege Universitetindəki tədbirlərə qatılmaq üçün İzmirə gedən lisey şagirdləri olublar.



Mənbə: TRT Haber

Oxşar xəbərlər