Xaricdə verilən səslərin ilk partiyası Türkiyəyə aparıldı
8-05-2023, 12:27
2 737

Xaricdə verilən səslərin ilk partiyası Türkiyəyə aparıldı

14 mayda keçiriləcək prezident və parlament seçkiləri üçün ölkə xaricində keçirilən səsvermə nəticələrinin ilk partiyası Türkiyəyə aparılıb. 
Bağlı torbalara yığılmış səslər təyyarələrlə Türkiyəyə çatdırılıb. Xaricdə verilən səslər mayın 14-də digər səslərlə birgə sayılacaq. 
Bəzi ölkələrdə səsvermə mayın 7-də başa çatıb. Digər ölkələrdə isə mayın 9-dək davam edəcək.
Məlumata görə, İspaniyadakı Türkiyə vətəndaşlarının səslərinin olduğu bülletenlər artıq diplomatik kuryerlər vasitəsilə İstanbula göndərilib.
Bülletenlər Türkiyəyə çatdırıldıqdan sonra hüquq-mühafizə orqanlarının əməkdaşlarının nəzarəti altında Xaricdə Dairə Seçki Şurasına aparılıb.




Oxşar xəbərlər