Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI
8-05-2023, 14:31
7 461

Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, keçən il fevralın 24-dən etibarən Rusiya tərəfi 194 970 nəfər canlı qüvvə itirib.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 730 tank, 7 253 zirehli maşın, 3 018 artilleriya sistemi, 554 reaktiv yaylım atəşi sistemi, 306 hava hücumundan müdafiə sistemi, 308 təyyarə, 294 helikopter, 2 614 PUA, 947 qanadlı raket, 18 gəmi/qayıq, 5 958 avtomobil texnikası və avtosistern, 384 xüsusi texnikadan ibarətdir.

Oxşar xəbərlər