ABŞ-dən Ukraynaya 1,2 milyard dollarlıq hərbi yardım
9-05-2023, 18:21
6 125

ABŞ-dən Ukraynaya 1,2 milyard dollarlıq hərbi yardım

ABŞ Müdafiə Nazirliyi Ukrayna üçün ümumi məbləği 1,2 milyard dollara qədər olan yeni hərbi yardım paketi elan edib.
Bu barədə Pentaqonun saytında qeyd olunub. 
Məlumata görə, yeni yardım Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsü çərçivəsində Ukraynaya veriləcək.
Yardım paketi hava hücumundan müdafiəni gücləndirəcək və artilleriya sursatlarına olan ehtiyacı ödəyəcək: "Ukraynaya bu təhlükəsizlik yardımı paketi ABŞ-nin Ukrayna Silahlı Qüvvələrinin müdafiə potensialını artırmaqla yanaşı, qısa müddətdə hava hücumundan müdafiə sistemləri və döyüş sursatları kimi kritik qabiliyyətləri təmin etmək öhdəliyi götürməklə Ukraynanın ən təcili ehtiyaclarını ödəmək üzrə davamlı öhdəliklərini vurğulayır". 

Oxşar xəbərlər