Pakistanda baş nazirin iqamətgahına hücum edildi
11-05-2023, 12:55
967

Pakistanda baş nazirin iqamətgahına hücum edildi

Pakistanın keçmiş baş naziri, müxalif "Təhrik-i İnsaf" partiyasının qurucusu İmran Xanın tərəfdarları ölkənin baş naziri Şehbaz Şərifin Lahordakı iqamətgahına hücum ediblər.
Bu barədə Pakistan polisi məlumat yayıb.
Məlumata görə, 500-dən çox adam baş nazirin iqamətgahına gələrək orada dayanan avtomobilləri yandırıb.
"Onlar baş nazirin evinə də benzin bombaları atıblar. Hücum zamanı evdə yalnız mühafizəçi olub. Üsyançılar mühafizə postunu da yandırıblar. Polis gələndən dərhal sonra etirazçılar dağılışıblar", - Pəncab polisinin sözçüsü əlavə edib.
Bildirilib ki, Pəncab əyalətində İmran Xanın mayın 9-da həbs edilməsindən sonra etirazçılar 14 dövlət obyekti və binasını, həmçinin 21 polis avtomobilini yandırıblar.

Oxşar xəbərlər