Ruslar Ukraynanın paytaxtını VURDU
16-05-2023, 10:22
503

Ruslar Ukraynanın paytaxtını VURDU

Ukraynanın paytaxtı Kiyev şəhərində güclü partlayışlar baş verib.
Bu barədə UNIAN agentliyi məlumat yayıb. 
Zelenskinin ofisinin rəhbəri Andrey Yermak bildirib ki, paytaxt üzərində hava hücumundan müdafiə sistemi işə düşüb.  
Kiyevin meri Vitali Kliçko öz "Telegram" kanalında partlayışların şəhərin Solomenski rayonunda baş verdiyini bildirib. Merin sözlərinə görə, orada bir neçə avtomobil yanıb və binaya ziyan dəyib.
Digər raket parçaları isə Kiyevin Şevçenkovski, Obolonski və Darnitski rayonlarına düşüb. Bundan əlavə, Darnitsa bölgəsində və Borispol yaxınlığında hava hücumundan müdafiə sistemləri pilotsuz təyyarələri vurub. 

Oxşar xəbərlər