Sudanda qarşıdurmada həlak olanların sayı açıqlanıb
16-05-2023, 14:50
1 061

Sudanda qarşıdurmada həlak olanların sayı açıqlanıb

Sudan həkimlərinin həmkarlar ittifaqı ölkədə baş verən qarşıdurmalarda ölənlərin sayının 822-yə yüksəldiyini bildirib.
“Toqquşmalar başlayandan mülki əhali arasında həlak olanların sayı 822 nəfərə çatıb”, - deyə bildirilir.
Aprelin 15-də Sudanın paytaxtı Xartum və digər şəhərlərdə Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri arasında silahlı toqquşmalar baş verib.
Ümumdünya Səhiyyə Təşkilatı qarşıdurmada həyatını itirənlərin sayının 604-ə, yaralıların sayının isə 5127-yə çatdığını açıqlayıb.
Birləşmiş Millətlər Təşkilatı silahlı münaqişə başlayandan bəri təxminən 200 min insanın Sudanı tərk etdiyini bildirib.
Mənbə: Sky News Arabia

Oxşar xəbərlər