Qırğızıstanda mədrəsəni ələ keçirən terrorçu MƏHV EDİLDİ
17-05-2023, 10:46
666

Qırğızıstanda mədrəsəni ələ keçirən terrorçu MƏHV EDİLDİ

Qırğızıstanın paytaxtı Bişkek yaxınlığında bir qrup silahlı Dmitriyevka kəndində mədrəsə və məktəbi ələ keçirib.
Bu barədə "Sputnik Qırğızıstan"  məlumat yayıb. 
Bildirilir ki, hazırda ərazidə Qırğızıstan MTN və Daxili İşlər Nazirliyi xüsusi əməliyyat keçirir. Komandolar müqavimət göstərən silahlı terrorçunu məhv ediblər. Həmçinin, Dmitrievka kəndinə gedən yol hər iki tərəfdən bağlanıb. 
 "Mədrəsənin tələbələri təhlükəsiz yerə təxliyə edilib, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir", -  KİV qeyd edib. 

 


Oxşar xəbərlər