Dünya
17-05-2023, 11:10
948
Qırğızıstanda mədrəsəni ələ keçirən terrorçu məhv edildi - YENİLƏNİB
Qırğız Respublikasının Çuy vilayətinin Dmitriyevka kəndində xüsusi təyinatlıların keçirdiyi əməliyyat nəticəsində silahlı terrorçu zərərsizləşdirilib, iki polis əməkdaşı yaralanıb.
Məlumatı ölkənin Daxili İşlər Nazirliyinin Mətbuat xidməti yayıb
***10:40
Qırğızıstanın paytaxtı Bişkek yaxınlığında bir qrup silahlı Dmitriyevka kəndində mədrəsə və məktəbi ələ keçirib.
Bu barədə "Sputnik Qırğızıstan" məlumat yayıb.
Bildirilir ki, hazırda ərazidə Qırğızıstan MTN və Daxili İşlər Nazirliyi xüsusi əməliyyat keçirir. Komandolar müqavimət göstərən silahlı terrorçunu məhv ediblər. Həmçinin, Dmitrievka kəndinə gedən yol hər iki tərəfdən bağlanıb.
"Mədrəsənin tələbələri təhlükəsiz yerə təxliyə edilib, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir", - KİV qeyd edib.