Dünya
17-05-2023, 12:21
1 108
3 ölkə Ukraynaya F-16 almaq üçün koalisiya yaratdı
Böyük Britaniya, Fransa və Hollandiya Ukraynaya F-16 hərbi təyyarələri almaq üçün "qırıcı koalisiya" yaradıb.
Bu barədə Böyük Britaniyanın baş naziri Rişi Sunak və Hollandiyanın baş naziri Mark Rutte beynəlxalq koalisiyanın yaradıldığını elan ediblər.
"Ukraynanı hava döyüş qabiliyyəti ilə təmin etmək, pilotların təlimindən tutmuş F-16 qırıcılarının alınmasına qədər hər sahədə dəstək vermək üçün beynəlxalq koalisiya yaratmaq üçün işləmək barədə razılığa gəlinib", - Sunak və Rutte bildiriblər.
Razılıq Avropa Şurasının İslandiyada keçirilən sammitində əldə olunub.