5 milyon insan insultdan ölə bilər
18-05-2023, 19:05
7 618

5 milyon insan insultdan ölə bilər

2030-cu ilə qədər dünyada insultdan ölənlərin sayı 5 milyona çata bilər.
Bu barədə Amerika Nevrologiya Akademiyası məlumat yayıb.
Bildirilir ki, amerikalı alimlər 1990-2019-cu illər üçün Ümumdünya Səhiyyə Məlumat Mübadiləsi məlumatlarını təhlil ediblər. Dünya əhalisi artdıqca insultdan ölənlərin qlobal sayı 1990-cı ildəki 2,04 milyondan 2019-cu ildə 3,29 milyona yüksəlib. 
Şanxaydakı Tongji Universitetindən tədqiqatın müəlliflərindən biri Lise Xiong bildirib ki, dünya miqyasında insultun ümumi artımının əsasən əhalinin qocalması ilə əlaqəlidir. 
Alimlər yeddi əsas risk faktorunu müəyyən ediblər: siqaret çəkmək, yüksək natriumlu pəhriz, yüksək qan təzyiqi, yüksək xolesterol, böyrək funksiyasının pozulması, yüksək qan şəkəri və yüksək bədən kütləsi indeksi.
Tədqiqatçılar daha sonra 2020-2030-cu illərdə ölümlərin sayını proqnozlaşdırmaq üçün ekstrapolyasiya ediblər. İnsultun 2030-cu ildə 4,9 milyon insanın ölümünə səbəb olacağı proqnozlaşdırılır. Bu qiymətləndirmə həkimlərin və hökumətlərin risk faktorlarının təsirini azaltmaq səylərinə əsaslanır. Bu səylər hesablamalara daxil edilməsə, ölənlərin sayı ildə 6,4 milyon nəfərə yüksələ bilər.

Oxşar xəbərlər