"Ukrayna NAYO-ya üzv olmalıdır" - Stoltenberq
18-05-2023, 17:35
5 821

"Ukrayna NAYO-ya üzv olmalıdır" - Stoltenberq

Bütün NATO ölkələri Ukraynanın Şimali Atlantika Alyansına üzv olması ilə razılaşır.
Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq "Spiegel" nəşrinə müsahibəsində deyib. 
"Dövlət və hökumət başçılarının qərarlarını proqnozlaşdıra bilmərəm, amma bir şey aydındır: bütün NATO ölkələri razıdır ki, Ukrayna Alyansa üzv olmalıdır. Onlar bunu ötən il sammitdə də vurğulamışdılar və dekabrda təsdiqlədilər. Lakin, indi ən aktual vəzifə Kiyevə hərbi münaqişədə kömək etməkdir", - deyə Stoltenberq bildirib.

Oxşar xəbərlər