Dünya
19-05-2023, 10:15
487
İtaliyada 20-dən çox çay daşdı - Ölənlər var
İtaliyada 20-dən çox çayın daşması nəticəsində 13 nəfər ölüb.
BBC xəbər verir ki, təbii fəlakət nəticəsində minlərlə insan evlərini tərk etməyə məcbur olub.
Yerli hakimiyyət orqanları bildirib ki, Bolonya ilə şimal-şərq sahilləri arasında, demək olar ki, bütün çaylar 115 kilometr genişlikdə ərazidə daşıb. Həmçinin 280-ə yaxın sürüşmə baş verib.
Hesabatlar göstərir ki, əraziyə gün yarım ərzində altı aya bərabər yağış yağıb.