Türkiyəyə 3 milyona yaxın miqrantın qanunsuz daxil olmasının qarşısı alınıb
21-05-2023, 14:16
10 460

Türkiyəyə 3 milyona yaxın miqrantın qanunsuz daxil olmasının qarşısı alınıb

Effektiv sərhəd tədbirləri sayəsində 2023-cü ilin əvvəlindən 93 148, indiyədək isə ümumilikdə 2 836 775 miqrantın Türkiyəyə qanunsuz girişinin qarşısı alınıb.
Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin yaydığı açıqlamada deyilir.
Qeyd olunub ki, cari il ərzində 40 480 qeyri-qanuni miqrant tutulub, deportasiya edilənlərin sayı isə 37 785 nəfər təşkil edib.

Oxşar xəbərlər