Yunanıstanda 4 türk deputat seçildi
22-05-2023, 10:15
509

Yunanıstanda 4 türk deputat seçildi

Yunanıstanda keçirilən ümumi seçkilərdə Baş nazir Kiryakos Mitsotakisin partiyası Yeni Demokratiya (ND) yüzdə 40,81 səs qazanıb. 
Seçkilərin qeyri-rəsmi nəticələrinə görə, Qərbi Trakyadan 4 türk namizəd Yunanıstan parlamentinə daxil olmaq hüququ qazanıb.
Belə ki, seçkilərdə Rodop vilayətindən Özgür Ferhat, ötən il PASOK Partiyasından Qərbi Trakya Türk Azlıq Məsləhət Şurasından xaric edilən İlhan Əhməd, İskeçe vilayətindən Hüseyn Zeybek və PASOK Partiyasından Burhan Baran millət vəkili seçilib.
Səslərin 97,53 faizinin hesablandığı seçkilərdə əsas peşəsi diş həkimliyi olan Ferhat rekord 12 min 146 səslə ilk dəfə Yunanıstan parlamentinə daxil olub.  

Oxşar xəbərlər