ÜST-ün büdcəsi artırılacaq
23-05-2023, 18:58
9 244

ÜST-ün büdcəsi artırılacaq

Üzv ölkələr tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2024-2025-ci illər üçün büdcəsinin 20 faiz artırılması öhdəliyi götürülüb.
İsveçrənin Cenevrə şəhərində keçirilən 76-cı Ümumdünya Səhiyyə Assambleyası (ÜST) çərçivəsində ÜST-nin büdcəsi müzakirə edilib.
Üzv dövlətlər ÜST-nin 2024-2025-ci illər üçün Proqram Büdcəsini qəbul edərək üzvlük haqqını 20 faiz artırmağı öhdələrinə götürdülər. Bu proqram üçün nəzərdə tutulan büdcənin 6,83 mlrd dollar olmasına qərar verilib. 
ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus üzv dövlətlərə bu qərara və ÜST-ə göstərilən etimada görə təşəkkür edib.

Oxşar xəbərlər