Çəkisi 27 kiloya düşən model öldü
23-05-2023, 16:20
748

Çəkisi 27 kiloya düşən model öldü

İsraildə çəkisi 27 kiloya düşən 35 yaşlı model Karin Bauman vəfat edib.
Xarici mətbuat məlumatına görə, onun ölüm səbəbi anoreksiya xəstəliyi göstərilir.
Uzun müddət anoreksiya ilə mübarizə aparan Karin 1 həftə öncə pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Karin 17 yaşında olarkən Parisdəki yüksək moda evlərindən birinə kastinqə gedib. Ona 4 kiloqram arıqlamaq tövsiyə olunub. Bundan sonra arıqlamağı qarşısına məqsəd qoymuş Karinin çəkisi 25 kiloya düşüb. O, anoreksiyadan sağalmağa çalışsa da, yalnız 2 kilo çəki ala bilib.
Böyrəkləri işləməyən və kənardan qoca qarıya oxşayan Karin uzun müddət yataq xəstəsi olub.





Oxşar xəbərlər