Evdən 50 ton zibil çıxdı
24-05-2023, 15:14
913

Evdən 50 ton zibil çıxdı

Türkiyənin Əskişəhər vilayətində ətrafa pis qoxuların yayıldığı 5 milyon lirəlik ev bələdiyyə qrupları tərəfindən təmizlənib.
Yerli media bildirir ki, Vişnelik Məhəlləsində Şehit Levent Ünbaş küçəsində yerləşən mənzilin ikinci mərtəbəsindəki mənzildən pis qoxu gəlməsi ilə bağlı şikayət edilib. Şikayətlə əlaqədar bələdiyyə işçiləri təmizliyə başalyıb.



Tək yaşayan və əqli qüsurlu olan 55 yaşlı Bülənt K.-nin evdə zibil yığdığı müəyyən edilib. Polis əməkdaşları ilə birlikdə evə gələn təmizlik qrupu Bülent K. qapını açmadığı üçün çilingərin köməkliyi ilə mənzilə daxil olub. 140 kvadratmetrlik mənzilin bütün otaqlarının ağzına qədər zibillə dolduğunu görən təmizlik qrupları təmizliyə başlayıblar. Mənzildə olan 50 tona yaxın zibil şəhər tullantıları mərkəzinə daşınıb.
Şehit Levent Ünbaş küçəsindəki evdə səhər saatlarında başlayan iş yalnız axşam saatlarında tamamlanıb. Bələdiyyə işçilərinin 12 saat ərzində təmizlədiyi evdən 16 maşın zibil çıxdığı öyrənilib. Təmizlik işlərindən sonra mənzildə dezinfeksiya işləri aparılıb.


Oxşar xəbərlər