Rusiya Ukraynada xəstəxananı vurdu - Ölən və yaralılar var
26-05-2023, 17:01
7 092

Rusiya Ukraynada xəstəxananı vurdu - Ölən və yaralılar var

Rusiya Ukraynanın Dnepr şəhərini raket atəşinə tutub. 
Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski sosial media hesabında paylaşıb.
Onun sözlərinə görə, Rusiyanın təşkil etdiyi raket hücumunda xəstəxanaya ciddi ziyan dəyib: "Dnepr şəhərində psixoloji klinikanın və baytarlıq klinikasının binaları dağıdılıb. Hücumda ən azı bir nəfər ölüb, 15 nəfər yaralanıb". 
Ukrayna rəsmiləri Rusiyanın paytaxt Kiyev, Dnepr və şərq bölgələrinə gecə saatlarında təşkil etdiyi hücumlar zamanı hava hücumundan müdafiə sistemləri tərəfindən 10 raket və 20-dən çox pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb.
  • Rusiya Ukraynada xəstəxananı vurdu - Ölən və yaralılar var
  • Rusiya Ukraynada xəstəxananı vurdu - Ölən və yaralılar var

Oxşar xəbərlər