Rusiya Ukraynada böyük hücuma hazırlaşır
31-05-2023, 14:05
1 090

Rusiya Ukraynada böyük hücuma hazırlaşır

Rusiya pilotsuz təyyarələr və dəniz raketlərindən istifadə etməklə Ukraynaya böyük hücuma hazırlaşır.
Ukrinform xəbər verir ki, bunu Ukraynanın Cənubi Ukrayna Müdafiə Qüvvələrinin sözçüsü Natalya Qumenyuk deyib. 
“Rusiya daim raketdaşıyıcılarını yerləşdirir. İndi üç növbətçi var: bir yerüstü və iki sualtı. Bu, rusların qarışıq tipli sursatlardan istifadə edərək, pilotsuz təyyarə hücumu və raket hücumunu birləşdirərək yenidən gizli hücuma hazırlaşdığını göstərə bilər”, - Qumenyuk qeyd edib.
Onun sözlərinə görə, hava raketlərinin əvəzinə dəniz raketlərinin istifadə olunacağı ehtimalı var.
 

Oxşar xəbərlər