Rafael Qrossi Zaporojyeyə gedəcək
7-06-2023, 10:10
764

Rafael Qrossi Zaporojyeyə gedəcək

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi rusların Kaxovskaya SES-i partlatmasından sonra gələn həftə Zaporojye SES-ə gedəcək missiyaya rəhbərlik edəcəyini bildirib.
Bu barədə o, “Twitter” səhifəsində məlumat verib.
"Kaxovskaya SES-in bəndinin dağıdılmasından sonra mən gələn həftə gücləndirilmiş komanda ilə Zaporojye AES-ə növbəti Dəstək və Yardım Missiyasına rəhbərlik edəcəyəm", - Qrossi yazıb.
O, həmçinin əlavə edib ki, bu, “nüvə təhlükəsizliyi üçün həlledici məqamdır”.

Oxşar xəbərlər