Berluskoninin mirasının məbləği AÇIQLADI
13-06-2023, 10:41
531

Berluskoninin mirasının məbləği AÇIQLADI

İyunun 12-də vəfat edən İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin mirası 4 milyard avro dəyərində qiymətləndirilib. 
Bu məbləğ “Corriere della Sera” nəşri açıqlayıb.
Berluskoninin “Fininvest” media qrupunun səhmlərinin 61 faizinə sahib olduğu, qalan hissəsinin isə beş uşağına məxsus olduğu dəqiqləşib. Keçmiş baş nazirin qızı Marina “Fininvest”in prezidentidir.
Bundan əlavə, Berluskoninin İtaliyada ondan çox villası, Roma və Milanda mənzilləri, eləcə də digər daşınmaz əmlakı var. O, həmçinin “Monza” futbol klubunun sahibi idi.
Silvio Berluskoni iyunun 12-də Milanda “San-Raffaele” xəstəxanasında 87 yaşında vəfat edib. Yazda siyasətçiyə leykoz diaqnozu qoyulub.

Oxşar xəbərlər