Samsunda sel fəlakəti: Şəhər yenidən sular altında qaldı
13-06-2023, 11:36
913

Samsunda sel fəlakəti: Şəhər yenidən sular altında qaldı

Türkiyənin Samsun şəhərini yenidən su basıb.
Gecədən bəri davam edən güclü leysan nəticəsində küçələr su altında qalıb. Böyük gölməçələr əmələ gəlib, səkilər uçub, yeraltı keçidlər su ilə dolub, nəqliyyat vasitələri su içində qalıb və çıxılmaz vəziyyətə düşüb.
Bəzi ərazilərdə evlərin zirzəmilərini su basıb.
Samsun Böyükşəhər Bələdiyyəsi qrupları selin qarşısının alınması istiqamətində işlərə başlayıb.
Xatırladaq ki, bir müddət öncə şəhəri eyni şəkildə sel basmışdı. 












Mənbə: Haber Global

Oxşar xəbərlər