Dünya
13-06-2023, 13:24
1 030
“Camdakı kız”ın finalında kəskin dəyişiklik edildi
3 mövsümdür tamaşaçılarını ekran qarşısına bağlayan “Camdakı kız” serialının sabah final bölümü yayımlanacaq. Artıq bu barədə anonslar təqdim olunub.
Psixiatr və ssenarist Gülseren Budayçıoğlunun əsərinin motivləri əsasında çəkilmiş filmin hekayəsi real hadisələrdən götürülüb.
Real həyatda Nalanın həyatı kədərli sonluqla bitir. Lakin izləyicilər filmi fərqli şəkildə sonlandırmaq üçün dəfələrlə istehsalçı şirkətə müraciət ediblər.
Sosial şəbəkələr üzərindən yağan təkliflər rejissorunun qərarını dəyişib və o, filmi kitabdakından fərqli şəkildə bitirməyə qərar verib.
Serialın son bölümünün anonslarına əsasən, Nalanın yenidən keçmiş ərinə və ailəsinə geri dönür, hətta bir övlad sahibi olur. Bunun üçün Sedat rolunu oynayan aktyor Feyyaz Şerifoğlu yenidən filmin heyətinə qatılıb. O, bir neçə bölüm öncə filmdən ayrılmalıydı.
Tamaşaçılar bu xoşbəxt sonluğa görə çox sevindiklərini, istehsalçı şirkətə öz minnətdarlıqlarını bildiriblər.