Dünya
14-06-2023, 09:24
7 852
Xarici dilləri yuxuda öyrənmək olar - ARAŞDIRMA
Almaniyanın Bern Universitetinin alimləri müəyyən ediblər ki, bəzi əcnəbi sözləri yuxuda effektiv şəkildə yadda saxlamaq olar.
Xarici media bildirir ki, tədqiqatın nəticələri bioRxiv repozitoriyasında dərc olunan məqalədə təqdim olunub.
Bir sıra əvvəlki tədqiqatlar göstərib ki, insanlar dərin yuxunun ilk mərhələsində yeni məlumatları emal edə və saxlaya bilirlər. Yeni işdə müəlliflər yuxuda xarici dil öyrənməyin nə qədər effektiv olduğunu yoxlamaq qərarına gəliblər. Təcrübədə laboratoriyada yatmış 30 yerli almanca danışan iştirak edib. Yuxu zamanı elm adamları könüllülərin beyin fəaliyyəti haqqında məlumat toplayıb, aktivlik və eniş fazalarını dəqiq təyin ediblər.
Təcrübə zamanı iştirakçılar qulaqlıqlardan istifadə ediblər. Bir qulağında alman dilində söz, digərində isə bu sözün saxta tərcüməsi olub. İştirakçılar üçün saxta tərcümədən istifadə edilib.
Könüllülərin yarısı bu sözləri beyin fəaliyyətinin zirvəsi zamanı, ikincisi isə tənəzzül dövrlərində eşidib. Ümumilikdə, onların hər biri üç anlayış kateqoriyasına - heyvanlar, yerlər və alətlərə aid olan 27 sözü dinləyiblər. Hər söz dörd dəfə səslənib. 12 və 24 saatdan sonra könüllülərin tərcüməni yuxarıda göstərilən kateqoriyalardan birinə aid etməli olduqları bir sınaq keçirilib.
Nəticələr göstərib ki, aktivliyin azaldığı dövrlərdə beyin sözlərin tərcüməsini daha yaxşı xatırlayır. 12 saatdan sonra düzgün seçim ehtimalı 37 faiz, 24 saatdan sonra isə 41 faiz təşkil edib. Alimlərin fikrincə, bu, beynin yuxu zamanı məlumatı yadda saxlamaq qabiliyyətini sübut edir, lakin bu təsir cüzidir.