Avstraliyada hazırlanan vaksinlərdən HİV antikorları tapıldı
11-12-2020, 13:18
187

Avstraliyada hazırlanan vaksinlərdən HİV antikorları tapıldı

Avstraliyada koronavirus əleyhinə hazırlanan vaksinlərdən HİV antikorları çıxıb.
Avstraliyada "CSL" firması və Kvinlend Universitetinin birgə hazırladığı COVID-19 vaksinlərindən HİV antiorları aşkar edilib. Bu, vaksinin test mərhələsində iştirak etmiş könüllülərdə təşviş və panikaya səbəb olub. Könüllülər HİV testi veriblər. Onların test nəticələri neqativ çıxıb.
Bununla belə sözügedən vaksinlərə güvənsizlik yaranıb. Avstraliya hökuməti daha öncə 51 milyon dozalıq vaksin sifariş etsə də, bundan imtina etdiyini açıqlayıb. Mütəxəssislər Avstraliya əhalisinin vaksinasiya prosesindən keçməsinə bu faktın mənfi təsir edəcəyi qənaətindədir. Azalmaların müşahidə olunacağı hesab edilir.

Oxşar xəbərlər