"Uzunmüddətli müharibəyə hazırlaşmalıyıq" - Kansler
20-06-2023, 21:43
9 607

"Uzunmüddətli müharibəyə hazırlaşmalıyıq" - Kansler

Almaniya kansleri Olaf Şolts Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin uzun müddət davam edə biləcəyini istisna etməyib.
Bu barədə NATO-nun baş katibi Yens Stoltenberqlə keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, uzunmüddətli müharibəyə hazırlıq gedir.
“Biz buna hazırlaşırıq və siyasətimizi buna əsaslanaraq düzəldirik”, - o deyib və  Almaniyanın lazım olduğu müddətdə Ukraynaya dəstəyini davam etdirəcəyini bildirib.

Oxşar xəbərlər