Bu ölkənin ən böyük qəzetləri ÖZ NEKROLOQLARINI yaydılar
22-06-2023, 16:59
611

Bu ölkənin ən böyük qəzetləri ÖZ NEKROLOQLARINI yaydılar

Estoniyanın ən böyük nəşrləri mediaya verginin artırılmasına etiraz olaraq nekroloqla çıxış ediblər.
Xarici KİV xəbər verir ki, Estoniya qəzetləri eyni nekroloq səhifəsi ilə çıxıb, baş nazir Kay Kallasın media üçün dövriyyə vergisi dərəcəsini artırmaq qərarına etiraz ediblər.
Bu Avropa ölkəsinin qəzetləri qara xətt çəkib, üzərində Estoniyanın baş nazirini təsvir edib və ona müraciət yazıb:
“Kaja Kallas, sən doğrudan da faktlara, dialoqa, demokratiyaya qarşısan?”
İyunun 19-da Estoniya hökuməti vergi sferasında dəyişikliklər haqqında qanun layihəsini təsdiqləyib, ona əsasən, media vergisi 2025-ci ildən 5 faizdən doqquz faizə yüksələcək.
Hökumət qərarını Estoniya büdcəsinin balanslaşdırılmasında iqtisadiyyatın bütün sahələrinin iştirakının zəruriliyi ilə izah edib. Buna cavab olaraq media şirkətləri satış vergisinin artırılmasını sərt tənqid edib və dəyişikliyin jurnalistlərin kütləvi şəkildə ixtisarına səbəb ola biləcəyini bildiriblər.

Oxşar xəbərlər