Zelenski Belarusdakı səfiri istefaya göndərdi
23-06-2023, 10:16
646

Zelenski Belarusdakı səfiri istefaya göndərdi

Ukraynanın Belarusdakı səfiri İqor Kizim istefaya göndərilib.
Xarici KİV xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski fərman imzalayıb. 
Ukraynanın Belarusa yeni səfirinin təyinatı barədə hələlik məlumat verilməyib.
Qeyd edək ki, cari ilin aprel ayının 18-də Lukaşenkonun qondarma liderlə görüşündən sonra, səfir Kiyevə məsləhətləşmələrə çağırılıb. O, bundan sonra Minskə qayıtmayıb.
Kizim 2017-ci il fevralın 20-də Ukraynanın Belarusdakı səfiri təyin edilmişdi. 

Oxşar xəbərlər