Gündüz yuxusu beynin yaşlanmasına necə təsir edir?
24-06-2023, 13:34
16 793

Gündüz yuxusu beynin yaşlanmasına necə təsir edir?

Alimlər gündüz yuxusunun beynin qocalmasını gecikdirdiyini müəyyən ediblər.
Xarici mətbuat xəbər verir ki, London Universitet Kollecinin tədqiqatçıları 35-40 yaş arası 69 mindən çox insanın məlumatlarını təhlil ediblər. 
Araşdırmalara görə, gündüz yuxusu beyin sağlamlığını qoruyur.
Alimlər deyirlər ki, 35 yaşdan başlayaraq insan beynində ildə 0,2-0,5 faiz tədricən azalma olur, 60 yaşa çatdıqdan sonra isə bu proses sürətlənir. Bu, yaddaşın gecikməsinə, idrakın pozulmasına və demensiyaya səbəb olur. Gündüz saatlarında 1-2 saat yatmaq bütün bunların qarşısını alır. Araşdırmalar göstərib ki, gün ərzində 5-15 dəqiqə yatmaqla belə, ayıqlığınızı və zehni performansınızı artıra bilərsiniz. 
Qeyd edək ki, yuxu üçün ən yaxşı vaxt nahardan sonrakı dövrdür. 

Oxşar xəbərlər