İndoneziyada güclü zəlzələ oldu
26-06-2023, 16:33
6 590

İndoneziyada güclü zəlzələ oldu

İndoneziyanın şimalında Rixter cədvəli üzrə 5,2 bal gücündə güclü zəlzələ baş verib.
Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Təbii hadisənin episentri İndoneziyanın şimal-qərbində yerləşən Sibolqa şəhərindən 58 km aralıda, 85,9 km dərinlikdə aşkar edilib.
Dağıntılar barəsində  məlumat verilməyib. 

Oxşar xəbərlər