Ötən həftə koronavirusa rekord sayda yoluxma olub
16-12-2020, 09:43
181

Ötən həftə koronavirusa rekord sayda yoluxma olub

Ötən həftə ərzində dünyada yeni növ koronavirusa (COVİD-19) rekord sayda yoluxma halı qeydə alınıb.
Bakıtv.az Ümumidünya Səhiyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, dekabrın 7-dən 13-dək yeni koronavirus 4 329 927 nəfər yoluxub, 70 436 nəfər isə vəfat edib.
Məlumata əsasən, 1,6 milyon yoluxma və 34 min ölüm halı Avropa regionunda, 2 milyon yoluxma və 29 min ölüm halı Şimali və Cənubi Amerikada, 290 min yoluxma və 4,4 min ölüm halı isə Cənub-Şərqi Asiyada qeydə alınıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Oxşar xəbərlər