Lavrovun gizli danışıqlar aparması iddialarına Zaxarovadan CAVAB
6-07-2023, 17:30
6 356

Lavrovun gizli danışıqlar aparması iddialarına Zaxarovadan CAVAB

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova xarici işlər naziri Sergey Lavrovun ABŞ-la gizli danışıqlar aparması barədə yayılan informasiyanı təkzib edib.
 Rusiya mediası xəbər verir ki, Lavrovun apreldə ABŞ-ın keçmiş rəsmiləri ilə Rusiya-Ukrayna münaqişəsinə son qoyulması məsələsi haqda gizli danışıqlarda iştirak etdiyi iddia olunurdu. Zaxarova bu məlumatı saxta adlandırıb.
“Bu, dezinformasiyadır. Qərb mediasında yayılan saxta məlumatdır”, - deyə Zaxarova brifinqdə bildirib. 

Oxşar xəbərlər