Polis Belçika baş nazirini ölümlə hədələyən keçmiş hərbçini axtarır
8-07-2023, 10:26
1 259

Polis Belçika baş nazirini ölümlə hədələyən keçmiş hərbçini axtarır

Belçika polisi baş nazir Aleksander De Kroonu ölümlə hədələyən keçmiş hərbçini axtarır.
Xarici KİV xəbər verir ki, şübhəli şəxs sosial şəbəkələrdə baş nazir De Kroonun fotosuna bir neçə dəfə atəş açdığı zaman çəkilmiş videosunu paylaşıb. 
Vaxtilə ordu sıralarında qulluq etmiş həmin şəxsin ciddi psixoloji problemlərə görə xidmətdən kənarlaşdırıldığı məlum olub. 

Oxşar xəbərlər