Ruslar Ukraynanın Liman şəhərini atəşə tutdu - 6 nəfər öldü
8-07-2023, 15:00
16 070

Ruslar Ukraynanın Liman şəhərini atəşə tutdu - 6 nəfər öldü

Rusiya ordusu Ukraynanın işğal altındakı Donetsk vilayətinin Liman şəhərini atəşə tutub. 
Bu barədə Donetsk hərbi vilayət administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib. 
Onun sözlərinə görə, hadisə nəticəsində azı 6 nəfər ölüb, 5 nəfər yaralanıb. 
Məlumata görə, şəhər MLRS-lə (reaktiv yaylım atəş sistemləri) vurulub. 
Eyni zamanda ətrafdakı ev və mağazalara ziyan dəyib. 
Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. 

Oxşar xəbərlər