İtaliyada tenis topu böyüklüyündə dolu yağdı - 100-dən artıq yaralı var
22-07-2023, 10:21
16 452

İtaliyada tenis topu böyüklüyündə dolu yağdı - 100-dən artıq yaralı var

Avropada həddindən artıq isti hava hökm sürsə də, İtaliyanın şimalında şiddətli dolu yağıb.
Yerli mətbuat xəbər verir ki, yağan dolu tenis topu böyüklüyündə olub.
Ölkənin şimalında yerləşən Beneto bölgəsində yağan dolu nəticəsində 53 yaşlı şəxs ölüb, 110 nəfər yaralanıb.
Dolu nəticəsində evlərin, avtomobillərin şüşələri sınıb, ağaclara ciddi ziyan dəyib.

Oxşar xəbərlər