Polşa Belarusla sərhəddə qoşunlarının sayını artırdı
2-08-2023, 11:33
1 055

Polşa Belarusla sərhəddə qoşunlarının sayını artırdı

Polşa Belarus ilə sərhəddə qoşunlarının sayını artırmaq və bölgəyə əlavə qüvvələr, o cümlədən döyüş helikopterləri yerləşdirmək qərarına gəlib.
 
Xarici media xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyi yazılı açıqlama yayıb.
Açıqlamada sərhədə yaxın iki Belarus helikopterinin Polşanın hava məkanını pozduğu vurğulanıb:
"Belarus tərəfi daha əvvəl Polşa tərəfini təlimlə bağlı məlumatlandırmışdı. Sərhəd keçidi Bialovieza bölgəsində radar sistemləri tərəfindən aşkarlanmağı çətinləşdirən çox alçaq bir hündürlükdə uçuş həyata keçirilmişdi”.  
Həmçinin, açıqlamada hadisə ilə bağlı NATO-nun məlumatlandırıldığı bildirilib.
Qeyd edək ki, müdafiə naziri Mariuş Blaşçak sərhəddə qoşunların sayının artırılması və bölgəyə əlavə qüvvələrin, o cümlədən döyüş helikopterlərinin göndərilməsi barədə göstəriş verib. Bəyanatda qeyd olunub ki, Belarusun müvəqqəti işlər vəkili baş vermiş insidenti izah etmək üçün Polşa Xarici İşlər Nazirliyinə çağırılacaq.

Oxşar xəbərlər