Bu ölkədə itlər üçün teatr açıldı
3-08-2023, 10:35
1 512

Bu ölkədə itlər üçün teatr açıldı

Maltada itlər üçün teatr yaradılıb və ilk dəfə heyvanlar üçün xüsusi tamaşa nümayiş olunub.
Xarici media xəbər verir ki, tamaşanın rejissorları və aktyorları iki it sahibi olub. Onlar ev heyvanları haqqında tamaşa hazırlayıblar.
Səhnə nümayişi zamanı itlər rahatlaşdırıcı səslərə - mehriban hürməyə, uşaqların söhbətlərinə, sakit zərb alətlərinə qulaq asıblar.
Tamaşa ərəfəsində sahiblərin yanında yemək, su və təmizlik çantası olub, teatrda təlimçilər və həkimlər növbətçilik edib.

Oxşar xəbərlər