Çinin Hibey əyalətində sel səbəbindən 1,2 milyon insan təxliyə edilib
4-08-2023, 14:35
1 442

Çinin Hibey əyalətində sel səbəbindən 1,2 milyon insan təxliyə edilib

Çinin şimalındakı Hibey əyalətində Doksuri qasırğasının törətdiyi daşqınlar səbəbindən 1,2 milyon insanın təxliyə edildiyi bildirilib.

Paytaxt Pekini və Tianjin şəhərini əhatə edən Hibey əyalətində sellə mübarizə üçün müxtəlif ölçülü 8 toplama hövzəsi və 155 su anbarı yaradılıb. Dövlət üzrə 1,2 milyon vətəndaş, o cümlədən bu ərazilərdə yaşayan 850 min nəfər müvəqqəti olaraq təhlükəsiz zonalarda sığınacaqlara yerləşdirilib.

Oxşar xəbərlər