Dünya
5-08-2023, 13:15
16 423
ABŞ xəstəxanalarına kiberhücum - Səhiyyə xidmətləri dayandırıldı
ABŞ-nin Kaliforniya, Texas, Konnektikut, Rod-Aylend, Pensilvaniya ştatlarında xəstəxanalara edilən kiberhücum nəticəsində səhiyyə xidmətləri dayandırılıb.
Xəstəxanalardakı kompüter sistemlərinə edilən kiberhücum bəzi xidmət otaqlarının bağlanmasına və təcili yardım maşınlarının yanlış yönləndirilməsinə səbəb olub. Kibertəhlükəsizlik qrupları problemi həll etmək üçün işə başlasa da, bir çox insan sağlamlıq xidmətlərindən məhrum olub və pasiyentlər müalicə üçün başqa xəstəxanalara göndərilib.