Paracüdoçumuz Avropa çempionu oldu
9-08-2023, 14:50
6 760

Paracüdoçumuz Avropa çempionu oldu

Niderlandın Rotterdam şəhərində keçirilən Avropa paralimpiya çempionatında Azərbaycanın daha iki paracüdoçusu medal qazanıb.
Bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsindən məlumat verilib.
Qadın cüdoçuların yarışında Xanım Hüseynova (70 kq) çempion olub, Dürsədəf Kərimova (+70 kq) isə gümüş mükafata yiyələnib.

Oxşar xəbərlər