Dünya
6-09-2023, 14:02
1 049
İtaliyada azarkeşlər məğlubiyyətdən sonra rəqibin stadionunu yandırdılar - VİDEO
İtaliyanın C Seriyasında (üçüncü divizion) “Foqcia” klubunun azarkeşləri ölkə çempionatının növbəti oyunundan sonra təsadüfən “Taranto” stadionunu yandırıblar.
Bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
Görüş 2:0 hesabı ilə “Taranto”nun xeyrinə başa çatıb, bundan sonra qonaq azarkeşlərin sektorunda yanğın başlayıb.
Qeyd olunur ki, yanğına səbəb “Foqcia” azarkeşləri tərəfindən yandırılan tüstü bombalarından biri olub. Belə ki, tüstü bombası stendlərin altında saxlanılan plastik materiallara və qatran rulonlarına keçib.
Maraqlıdır ki, təxminən 250 nəfər olan “Foqcia” azarkeşləri stadiona gedərkən qəzaya düşüb və matçın ikinci hissənin ikinci yarısında tribunaya çıxıblar. Tribunalara çatan kimi onlar dərhal tüstü bombaları yandırmağa və atəşfəşanlıq etməyə başlayıblar. Hadisə yerinə gələn yanğınsöndürənlərə isə daş atıblar.
Nəticədə bütün gecə yanğının söndürülməsi üçün işlər görülüb. Oyun sonrası mətbuat konfransları ləğv olunub, səfər tribunaları yararsız elan edilib.