İrəvanda seçkilər: Ciddi saxtakarlıq olub
18-09-2023, 14:17
7 819

İrəvanda seçkilər: Ciddi saxtakarlıq olub

İrəvanda keçirilən bələdiyyə seçkilərində ciddi saxtakarlqı halları qeydə alınıb. 
Ermənistanda "Müstəqil Müşahidəçi" Təşkilatı seçki kampaniyası zamanı polisə 5 qanun pozuntusu barədə məlumat verib. 
"Sputnik Armenia" xəbər verir ki, onlardan biri hakim partiyanın namizədi Tiqran Avinyana aiddir.
Söhbət Politexnik tələbələrinə Avinyanla görüşə gəlsələr, qaibləri üzrlü saymaq vədindən gedir. Təşkilat bunu seçki cinayəti hesab edir.
Monitorinq zamanı o da qeydə alınıb ki, seçki kampaniyası zamanı hakim partiya orta hesabla digərlərindən təxminən 2 dəfə çox işıqlandırılıb. Həmçinin seçkiqabağı iclaslarda inzibati resurslardan sui-istifadə halları müşahidə olunub. 
Qeyd edək ki, hakim partiya İrəvandakı seçkilərdə qələbə çalıb. 

Oxşar xəbərlər