Berlində gərginlik: Yəhudi mərkəzinə “Molotov” atıldı
18-10-2023, 14:17
9 720

Berlində gərginlik: Yəhudi mərkəzinə “Molotov” atıldı

Qəzza zolağında xəstəxanaya hücumdan sonra Berlində iğtişaşlar başlayıb. 
Bu barədə "Bild" qəzeti yazıb. 
Oktyabrın 18-nə keçən gecə Brandenburq qapısına 300-ə yaxın adam toplaşıb. Bild yazır ki, “anti-İsrail piketi” tez bir zamanda “aqressiv nümayişə” çevrilib. Polis Brandenburq qapısı yaxınlığında yerləşən Holokost memorialını mühasirəyə alıb. Etirazçılar polisə daş və pirotexniki vasitələr atıb, təhlükəsizlik qüvvələri isə su şırnaqlarından istifadə edib. 
Bildirilir ki, oktyabrın 18-nə keçən gecə naməlum şəxslər yəhudi mərkəzini yandırmağa cəhd ediblər. Mərkəzə iki "Molotov kokteyli" atılıb, xəsarət alan olmayıb. 

Oxşar xəbərlər