Polşa Prezidenti yeni Baş nazirin adını açıqlayıb
7-11-2023, 11:02
1 249

Polşa Prezidenti yeni Baş nazirin adını açıqlayıb

Oktyabrın 15-də keçirilən seçkilərdə hakim millətçilərin parlament çoxluğunu itirməsindən sonra bir neçə həftə davam edən qeyri-müəyyənliyin üstündən xətt çəkən Polşa Prezidenti Andjey Duda bir müddət əvvəl istefa vermiş Hüquq və Ədalət Partiyasının sədri Mateuş Moravieçkiyə yeni hökumətin qurulması səlahiyyətini verib.
AZƏRTAC Polşa KİV-ə istinadla xəbər verir ki, hakim Hüquq və Ədalət Partiyasının müttəfiqi olan Prezident Andjey Duda seçkilərdən əvvəl hökuməti qurmaq üçün ilk şansı ən böyük tək partiyaya verəcəyini söyləmişdi. Hüquq və Ədalət Partiyası 460 yerlik aşağı palatada 194 yerlə birinci olub, lakin koalisiya tərəfdaşı tapmaq onun üçün çətin olmayacaq.
Aİ tərəfdarı olan üç qrup isə Vətəndaş Koalisiyasının lideri, Polşanın keçmiş Baş naziri və Avropa Şurasının keçmiş rəhbəri Donald Tuskun namizədliyini irəli sürmüşdü.
Andjey Duda parlamentdə yer qazanan partiyalarla məsləhətləşmələrdən sonra qərar qəbul edib və onu noyabrın 6-da axşam saatlarında açıqlayıb. Yeni hökumətin başçısının əvvəllər hüquq islahatları məsələsində Brüssel ilə ciddi fikir ayrılıqları olduğu bildirilir.




Oxşar xəbərlər