Ermənistan Aİ ilə viza rejiminin liberallaşdırılması üzrə danışıqlara başlayacaq
14-11-2023, 11:12
1 428

Ermənistan Aİ ilə viza rejiminin liberallaşdırılması üzrə danışıqlara başlayacaq

Avropa İttifaqı (Aİ) ilə viza rejiminin liberallaşdırılması barədə danışıqlar bir neçə aya başlayacaq.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan jurnalistlərə bildirib.

Diplomat qeyd edib ki, İrəvan və Brüssel gələcək müzakirələrin detalları barədə razılığa gələcəklər.

Qeyd edək ki, dünən Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi/Aİ Komissiyasının Vitse-prezidenti Cozep Borell Aİ Xarici İşlər Nazirləri Şurasının iclasından sonra deyib ki, Aİ Avropa Sülh Fondu çərçivəsində Ermənistana hərbi yardımın göstərilməsi, eləcə də vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi imkanlarını nəzərdən keçirir.

Oxşar xəbərlər